DİN: Polisə müqavimət göstərən aksiya iştirakçısı inzibati qaydada həbs edilib

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 20 iyul 2022 18:39 (UTC +04:00)

Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov APA-ya açıqlamasında bildirib. Qeyd edilib ki, o, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR