Direktorun məktəblini döyməsi Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb

Direktorun məktəblini döyməsi Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb
# 26 may 2022 14:35 (UTC +04:00)

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızının direktor tərəfindən döyülməsi və məktəblinin bu səbəbdən dərsə getməməsi barədə xəbər yayılıb.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə IX sinif şagirdinin döyülməsi ilə bağlı iddia keçmiş Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb:

“Məsələ ilə bağlı məktəb rəhbərliyindən və müəllimlərdən müvafiq izahatlar alınıb. Araşdırma zamanı şagirdin valideynləri məktəbə dəvət olunsalar da onlar hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildirərək məktəbə gəlməkdən imtina ediblər. İddia olunan hadisədən sonra Gülnar Məmmədli məktəbə getmir. Şagirdin dərslərə cəlb olunması üçün məktəb tərəfindən şagirdin evinə bir neçə dəfə nümayəndə göndərilib, lakin o hələ də dərslərdən yayınır”.

Qeyd edilib ki, məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR