Dövlət Komitəsi: Azərbaycanda nikahlar artıb, boşanmalar azalıb

Dövlət Komitəsi: Azərbaycanda nikahlar artıb, boşanmalar azalıb
# 18 iyul 2022 11:37 (UTC +04:00)

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 23 387 nikah və 6 323 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR