DSMF: Proqnozlaşdırılan gəlirləri hər hansı risk gözləmir

Himalay Məmişov

© APA | Himalay Məmişov

# 29 dekabr 2021 11:51 (UTC +04:00)

"2022-ci ildə DSMF-nin proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir".

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı pandemiyadan sonra yenidən inkişaf tempini bərpa edib: "Bu isə o deməkdir ki, proqnozlaşdırılan gəlirləri hər hansı risk gözləmir. DSMF-nin xərcləri də müəyyən olunmuş qrafikə uyğun icra olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR