Bank Of Baku

Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
# 06 may 2023 16:39 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüşdə F.Cudanın Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığı və bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Eyni zamanda Azərbaycan Minifutbol Federasiyası ilə Dünya Minifutbol Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR