Bank Of Baku

DİN: ETSN əməkdaşına atəş açılması faktı ilə bağlı 1 nəfər saxlanılıb, izahatı alınıb - YENİLƏNİB-1

DİN: ETSN əməkdaşına atəş açılması faktı ilə bağlı 1 nəfər saxlanılıb, izahatı alınıb - YENİLƏNİB-1
# 22 may 2023 18:05 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşına odlu silahdan atəş açılması barədə məlumat araşdırılır.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir.

Faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib və izahatı alınıb. Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.

***

16.24

Daxili İşlər Nazirliyi (DİN) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarına odlu silahdan atəş açılması barədə yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, sözügedən faktla bağlı ilkin olaraq araşdırma aparılıb, daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib. 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə, E. Qasımov bildirib ki, ilkin baxışda əməkdaşın özündə, geyimində hər hansı odlu silah izi aşkarlanmayıb: “Hər bir halda iddialar araşdırma predmetidir, ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***

15.54

Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

APA xəbər verir ki, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb:

“Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır”.

Aləmdə Nəsib

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR