ETSN yaşayış yerlərində vəhşi heyvanların olması ilə bağlı müraciətlərin artmasına aydınlıq gətirib

ETSN yaşayış yerlərində vəhşi heyvanların olması ilə bağlı müraciətlərin artmasına aydınlıq gətirib
# 06 sentyabr 2022 16:26 (UTC +04:00)

“Yaşayış yerlərində və Bakı ətrafında vəhşi heyvanların olması ilə bağlı müraciətlər artıb”.

APA xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, bunun səbəbi yaşayış obyektləri ilə əvvəllər mövcud olan meşə və çöllərin artıq birləşməsidir: “Həmin mühitdə yaşayan vəhşi heyvanlar da bu ərazilərdə görülür. Bu, təbii ki, xoşagəlməz haldır. Bu məqsədlə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nəzdində komissiya yaradılıb. Yaşayış sahəsində vəhşi heyvana rast gələn vətəndaş nazirliyə müraciət edə bilər. Daha təcili hallarda isə nazirliyin qaynar xətti olan 168-ə müraciət edə bilərlər. Bu halda lazımi tədbirlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR