Əvvəlki illərdə doğulmuş sənədləri olmayan 926 uşaq aşkarlanıb

Əvvəlki illərdə doğulmuş sənədləri olmayan 926 uşaq aşkarlanıb
# 08 may 2023 10:07 (UTC +04:00)

Milli Fəaliyyət Planına uyğun olaraq ölkənin bütün inzibati ərazi vahidlərinin icra nümayəndəlikləri tərəfindən doğum barədə məlumatların “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə ötürülməsi üçün müvafiq texniki imkanların yaradılması və bu sistemə 1.389 nümayəndəliyin qoşulması – respublikada doğumların vaxtında qeydə alınmasını və əhatəliliyini təmin edib.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, nəticədə 2022-ci ildə 5.381 uşaq səyyar qaydada doğum evlərində dövlət qeydiyyatına alınıb.

Eyni zamanda, qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti ilə əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 926 uşağın doğum faktı müəyyənləşdirilib qeydə alınıb.

Qarşıda duran vəzifələrdən biri də insan alverinə qarşı mübarizədə görülmüş işlərin ictimaiyyətə çatdırılması olmuşdur.

Sözügedən cinayətlərlə mübarizənin nəticələri, informativ, təşkilati və hüquqi əsasları, keçirilən görüşlər, insan alverinin qurbanları üçün sığınacaq, “Qaynar xətt”, Kömək Fondu və s. barədə məlumatlar Azərbaycan və ingilis dillərində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində yerləşdirilmiş, həyata keçirilən tədbirlər və əldə edilən nəticələr mediada işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR