FHN Nəsimi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb

FHN Nəsimi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb
# 30 noyabr 2022 09:50 (UTC +04:00)

Məlumat verildiyi kimi, dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 75 ünvanında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində bir-birinə bitişik tikilən ümumi sahəsi 1800m² olan evlərdən ümumi sahəsi 50m² olan ikimərtəbəli ikiotaqlı evin 2-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 25m², dam örtüyü 120m² sahədə və 1-ci mərtəbədə ümumi sahəsi 25m² olan ikiotaqlı evin mətbəxinin tavanı 4m² sahədə yanıb. Yanğın zamanı bir nəfər vətəndaş tüstüdən yüngül zəhərlənib.

Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində evlərin qalan hissəsi yanğından mühafizə olunub, habelə alovun bitişik digər evlərə keçməsinə imkan verilməyib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR