Gəncə şəhər 1-ci polis şöbəsinin rəisi vəzifəsindən azad edilib

Gəncə şəhər 1-ci polis şöbəsinin rəisi vəzifəsindən azad edilib
# 06 iyun 2022 20:58 (UTC +04:00)

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR