Gəncədə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konsert proqramı keçiriləcək

Gəncədə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konsert proqramı keçiriləcək
# 03 may 2023 10:14 (UTC +04:00)

Mayın 10-da Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konsert proqramı baş tutacaq.

Bu barədə APA-ya Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, konsert proqramı saat 19:00-da Gəncə şəhərinin Heydər Əliyev adına “Park-Xiyaban” Kompleksində (“Zəfər Tağı”nın qarşısı) Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək. Konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq olacaq. İH-dən hər kəsin konsert proqramına dəvətli olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR