Gəncədə şagirdlər arasında zəhərlənmə olub - YENİLƏNİB

Gəncədə şagirdlər arasında zəhərlənmə olub  - YENİLƏNİB
# 07 oktyabr 2022 15:33 (UTC +04:00)

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə zəhərlənmə ilə bağlı açıqlama yayıb.

İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyinin məlumatına əsasən, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.

13:14

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.

APA-nın əldə etdiyi məlumata görə, məktəbin 6 şagirdi zəhərlənib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.10.2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.

APA-nın əldə etdiyi xəbərə görə, şagirdlər məktəbdə dərs zamanı özlərinin hazırladığı salatdan zəhərləniblər.

Zəhərlənən şagirdlər 2010-cu il təvəllüdlü Əlizadə Yusif Anar oğlu, Babayeva Ayşə Ramin qızı, Paşayeva Nuray Nicat qızı, 2011-ci il təvəllüdlü Bağırov Məhəmməd Mətləb oğlu, Heydərova Zeynəb Seymur qızı və Aslanova Aytac Samir qızıdır.

Yetər Kərimli

Çingiz Səfərli

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR