Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsi hazırlanıb

Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsi hazırlanıb
# 24 dekabr 2021 14:40 (UTC +04:00)

Azərbaycan Respublikasında qadın məşğulluğunun təminatı ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanıb.

APA-nın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin “Gender bərabərliyinin təminatları haqqında” məlumatında əksini tapıb.

Məlumatda qeyd edilib ki, eyni zamanda, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyası, Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, Dayanıqlı İnkişaf Məqsədləri və digər beynəlxalq sənədlərə uyğun olaraq, “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı"nın layihəsi hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR