Goranboyda 1 tondan çox yabanı narkotik bitkisi məhv edilib

Goranboyda 1 tondan çox yabanı narkotik bitkisi məhv edilib
# 25 iyun 2022 19:43 (UTC +04:00)

Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində külli miqdarda narkotik bitkisi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, Goranboy rayonunun Erkəc kəndi ərazisindən Mənəşli kəndi ərazisinədək 1,4 hektar sahədən 1 ton 613 kiloqram çəkidə 3585 ədəd yabanı halda bitən narkotik bitkisi toplanaraq yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR