Bank Of Baku

Güclü külək Oğuzda fəsadlar törədib - FOTO

Güclü küləyin Oğuzda törətdiyi fəsadlar

© APA | Güclü küləyin Oğuzda törətdiyi fəsadlar

# 28 mart 2022 13:31 (UTC +04:00)

Oğuzda güclü külək bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun xəbərinə görə, ötən gün axşam saatlarından başlayaraq Oğuz rayonu ərazisində güclü küləkli hava şəraiti hökm sürür. Güclü külək nəticəsində Xaçmaz kəndi ərazisində aşan iri gövdəli ağac ərazidə olan elektrik naqilləri və qaz xəttini zədələyib. Gecə saatlarından 8 mindən çox əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbi qazın verilməsində fasilə yaranıb. Xaçmaz kəndindən Filfilli kəndinə gedən yol bağlanıb. Hazırda müvafiq qurumların nümayəndələri ərazidə elektrik enerjisi və təbii qazın bərpa edilməsi istiqamətində təmir işləri aparır.

Güclü külək səbəbindən bu gün günorta saatlarında Oğuz rayon mərkəzində iri gövdəli ağac aşıb. Bu səbəbdən ərazini elektrik enerjisi ilə təmin edən naqillər qırılıb. Hazırda rayonda küləkli hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR