Bank Of Baku

Güclü külək Şəkidə fəsadlar törədib - FOTO

Güclü külək Şəkidə fəsadlar törədib - FOTO
# 03 sentyabr 2023 11:07 (UTC +04:00)

Güclü külək Şəkidə fəsadlar törədib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Şəki şəhərində də özünü göstərib.

Şəki şəhərinin Oğuz rayonu istiqamətində salınmış yeni yaşayış massivi adlanan ərazidə güclü külək müşahidə olunub. Güclü külək səbəbindən ərazidə olan bir-neçə elektrik dirəyi yıxılıb, fərdi yaşayış evlərinin və obyektlərin daş örtüyünə ziyan dəyib. Hazırda rayonun müvafiq qrum nümayəndələri əraziyə ezam edilib, ərazidə təmizlik işləri aparılır, dəymiş ziyanın miqyası hesablanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR