İTSDA: Limitli qaydada orqan transplantasiyasının Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulub

İTSDA: Limitli qaydada orqan transplantasiyasının Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulub
# 10 noyabr 2022 11:39 (UTC +04:00)

“Artıq icbari tibbi sığorta 2021-ci ildən bütün ölkə ərazisində tətbiq olunur. Bu səhiyyə sahəsində ən mühüm islahatlardan biridir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O bildirib ki, dövlət büdcəsindən ayırmalar 1, 263 milyard manat nəzərdə tutulub: “İcbari tibbi sığortanın ümumi gəlirləri 2 milyard manatdır. İşəgötürən və işçilərdən 764 milyon manat, fiziki şəxslərdən 12 milyon 600 min manat daxil olması nəzərdə tutulub. Aksizli mallardan 2023-cü ildə bizə 122 milyon 335 min manat gəlir planlaşdırılır. Bu vəsaitlərin əsas böyük hissəsi tibb müəssisələrinin maliyyələşdirilməsinə gedir. Eyni zamanda xidmətlər zərfinin artırılması ilə bağlı təkliflər var onlara baxılır. Təkliflər aidiyyəti qurumlarla razılaşdırılır. Xidmətlər zərfinin yenilənməsində orqan köçürmələri nəzərdə tutulub. Təbii ki, bu, limitlidir, il ərzində müəyyən sayda. Endoprotezləşmənin, ürək-damar çatışmazlığı əməliyyatlarının sayının artırılması nəzərdə tutulub. Bundan başqa, oftalmoloji əməliyyatları qeyd etmək istəyirdim. Yeni xidmətlər zərfi artıq aidiyyəti qurumlarla razılaşdırılıb. Biz gözləyirik ki, yaxın vaxtlarda öz təsdiqini tapacaq. Hazırda yenilənmiş xidmətlər zərfinin təsdiqlənməsini gözləyirik. Biz başlayanda 27 tibb müəssisəsi ilə müqaviləmiz var idi, indi bu say 92-ə çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR