IX Qlobal Bakı Forumunda gənclərlə bağlı panel keçirilib - FOTO

IX Qlobal Bakı Forumunda gənclərlə bağlı panel keçirilib - FOTO
# 18 iyun 2022 16:57 (UTC +04:00)

IX Qlobal Bakı Forumu çərçivəsində “Gənclər danışsın, biz dinləyək” paneli keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko olub.

Katerina Yuşşenko deyib ki, hər gün səhər mobil telefonda “Twitter” və digər sosial şəbəkələrə nəzər salaraq, gecə saatlarında dünyada nələr baş verdiyi barədə məlumat toplayır: “Bu gün Suriyada, Ukraynada, Sudanda, Yəməndə uşaqlar ağlayır. Biz ilk növbədə gəncləri dinləməliyik. Biz gənc liderlərin şəbəkəsini təsis etməyə çalışırıq. Panel çərçivəsində gənc liderlərimizin müzakirəsi olacaq”.

Təhlükəsizliklə bağlı müzakirəyə gənc liderlərdən Vahid Əliyev moderatorluq edib.

Müzakirələr zamanı beynəlxalq təsisatlarda islahatların aparılmasının vacibliyi qeyd olunub.

Ukraynalı gənc Taras Yuş.enko təhlükəsizlik strukturlarında islahatları zəruri hesab edib və bu günlərdə Fransa Prezidenti Emmanuel Makronu Ukraynaya tankların və qırıcı təyyarələrin göndərilməməsi barədə fikirlərinə görə tənqid edib.

Gənc liderlərdən Neal Caldvel Ukraynada böhranın dünyada ərzaq təhlükəsizliyinə təsirindən danışıb.

Eva Bertrand Rusiyanın hücumu zamanı Ukraynada qadınların cinsi zorakılığa məruz qalması barədə faktlardan söz açıb.

Latviyalı Annet Bike bir sıra milli azlıqların Rusiyanın apardığı təbliğatın qurbanına çevrildiyi qənaətindədir. O əlavə edib ki, buna görə də Latviyada Rusiyanın təbliğat kanalını qapatmaq istiqamətində addımlar atılıb.

Daha sonra iqtisadiyyat, texnologiya və ətraf mühitlə bağlı müzakirə təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR