Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan icra olunan əməliyyatların sayı açıqlanıb

Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan icra olunan əməliyyatların sayı açıqlanıb
# 28 mart 2023 14:20 (UTC +04:00)

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan sonra 2022-ci ilin dekabr ayı ərzində dövlət proqramı ilə 22 böyrək, sonrakı ayda isə 3 əməliyyat icra olunub.

Bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib. Onun sözlərinə görə, ən çox böyrək transplantasiyası əməliyyatı olmaqla, eyni zamanda qaraciyər, sümük iliyi əməliyyatı da icra olunub:

“Qeyd edim ki, bizə xəbər edilmədən həyata keçirilən əməliyyatlar da var. Bu, zamanla öz həllini tapacaq və bizim əlimizdə ölkə üzrə dəqiq ümumi statistik məlumatlar olacaq. Çünki vahid informasiya bazasını idarə edən qurum bizik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR