Lökbatanın qaz təchizatı bərpa olunub

Lökbatanın qaz təchizatı bərpa olunub
# 04 iyun 2022 14:39 (UTC +04:00)

Lökbatan qəsəbəsinin qaz təchizatında yaranan fasilə aradan qaldırılıb.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, qəzaya səbəb ötən gün gecə saatlarında "Qaz İxrac" İdarəsinə məxsus "Lökbatan" QPS-i qidalandıran yüksək təzyiqli magistral qaz kəməri qolunun qaynaq tikişində 10 sm-lik çatın yaranması olub.

Qeyd olunub ki, qəza halının aradan qaldırılması səbəbindən Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranmışdı. Artıq bugün təmir işləri başa çatdırılıb və qəsəbəsinin qaz təchizatı tam bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR