Məktəbdənkənar təhsil müəssisələrinə işə qəbul MİQ vasitəsilə keçirilməyəcək

Nurlan İsmayılbəyli

© APA | Nurlan İsmayılbəyli

# 02 iyun 2022 12:53 (UTC +04:00)

Məktəbdənkənar təhsil müəssisələrinə işə qəbulla bağlı müsabiqənin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə açıqlama verən Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bilidirib ki, hələlik belə bir müsabiqənin keçirilməsi nəzərdə tutulmur.

"Hazırda yalnız ümumtəhsil məktəblərinə və məktəbəqədər təhsil müəssisələrinə işə qəbulun keçirilməsi gündəmdədir" - deyə o qeyd edib.

Nurlan İsmayılbəyli həmçinin qeyd edib ki, MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsindən sonra boş qalan yerlərə işə qəbul müddətli əsaslarla həyata keçiriləcək.

MİQ imtahanlarının ildə bir neçə dəfə keçirilməsi məsələsinə də aydınlıq gətirilib. O, əlavə edib ki, bu il Müəllimlərin İşə Qəbulu imtahanı ənənəvi olaraq bir dəfə keçiriləcək. Lakin növbəti illərdən MİQ imtahanlarının ildə bir neçə dəfə keçirilməsi planda var. Bu haqda ictimaiyyətə ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR