Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları açıqlanıb

Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları açıqlanıb
# 11 avqust 2022 15:33 (UTC +04:00)

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

APA xəbər verir ki, bu barədə Məktəbəhazırlıq qruplarının tədris planında qeyd olunub.

Bildirilib ki, I yarımil 1 oktyabr - 26 yanvar; II yarımil 1 fevral - 31 may tarixlərini əhatə edir.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
payız tətili: 16-20 noyabr (5 gün);
qış tətili: 27-31 yanvar (5 gün);
əlavə tətil: 1-5 may (5 gün).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR