Məktəblərdə "Ortaq Türk tarixi" dərsliyi bu ildən tədris olunacaq

Məktəblərdə "Ortaq Türk tarixi" dərsliyi bu ildən tədris olunacaq
# 27 iyul 2022 12:50 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məktəblərində “Ortaq Türk tarixi” və “Ortaq Türk coğrafiyası” fənlərinin tədrisinə dair məsələyə aydınlıq gətirib.

APA xəbər verir ki, nazirin sözlərinə görə, “Ortaq Türk tarixi” dərsliyi bu ildən tədris olunacaq.

“Ortaq Türk coğrafiyası” dərsliyi hazır olduqdan sonra fənnin tədrisinə başlanılacaq. Burada əsas məqsəd şagirdləri ideoloji cəhətdən hazırlamaq, türk dövlətləri haqda məlumat aşılamaqdır. İnanmıram ki, bu fənlərdən gələcəkdə buraxılış və qəbul imtahanlarına nələrsə salınsın”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR