Milli peyvənd təqviminə dəyişiklik edilib

Milli peyvənd təqviminə dəyişiklik edilib
# 15 iyul 2022 16:35 (UTC +04:00)

Uşaqlarda poliomielit xəstəliyinin profilaktikası üçün tətbiq edilən ağızdan verilən OPV peyvəndinin, dünya praktikasına uyğun olaraq tədricən inyeksiya yolu ilə vurulan İPV peyvəndi ilə əvəz edilməsi prosesi gedir.

APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin qərarına əsasən, hazırda ölkədə İPV-nin ikinci dozasının tətbiqi ilə bağlı peyvənd təqvimində dəyişikliklər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR