MM komitə sədri: "İşçi Qrup "Ali təhsil haqqında" qanun layihəsi üzərində işi tamamlayıb"

Bəxtiyar Əliyev

© APA | Bəxtiyar Əliyev

# 17 yanvar 2022 11:48 (UTC +04:00)

“Parlamentin 2022-ci il yaz sessiyasında “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi aparılacaq”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O bildirib ki, qanun layihəsi üzərində İşçi Qrupun işi tamamlanıb: “Rəy almaq üçün müvafiq qurumlara göndərilib. Həmin rəylər alınandan sonra komitədə müzakirə ediləcək. Komitədə müzakirə ediləndən sonra qanun layihəsini plenar iclasa tövsiyə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR