Naqif Həmzəyev: Azərbaycanda smartfonların qiyməti Avropadan çox bahadır - VİDEO

Naqif Həmzəyev, Milli Məclisin deputatı

© APA | Naqif Həmzəyev, Milli Məclisin deputatı

# 09 dekabr 2022 13:25 (UTC +04:00)

“Azərbaycanda smartfonların qiyməti Avropa və Dubayla müqayisədə çox bahadır”.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, xaricdə bu telefonların qiyməti 900-1000 dollardısa, Azərbaycanda qiymət 1500 dollardan başlayır: “Qiymət qalxsın 50-100, 200 dollar. Birdən-birə bu qədər baha olmasına görə dələduzlar da İMEİ kodun dəyişdirilməsi kimi yollara əl atırlar. Ölkəyə gətirilən telefonların üzərinə İMEİ kodların qeydiyyatı üçün əlavə də 150 manat gəlir. Bu 150 manat rüsumu azaldaq ki, insanlara da yük olmasın. Aidiyyəti qurumlar bu məsələyə həssas yanaşmalıdır”.

Naqif Həmzəyev İstanbul Hava Limanında üzləşdiyi mənzərə barədə də danışıb: “Məni ən çox narahat edən məqamlardan biri də budur ki, İstanbul hava limanında biz Bakıya, Gəncəyə uçanda vətəndaşlarımız bir-bir yaxınlaşıb, deyirlər ki, xahiş edirəm bu telefonu keçir. İnsanın özü də utanır. Deməli, bu insanları biz məcbur etmişik ki, belə bir vəziyyət yaranıb. Qiymətləri aşağı salmaq, nəzarət etmək lazımdır. Qoy telefon ölkəyə gətirilərkən qiyməti 200 dollar artsın, 200 dollar qazansınlar. Birdən-birə 500 dollar qazanıb niyə varlanmaq istəyirlər? İnsanları da düşünsünlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR