Bu gün səhər saatlarında Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində magistral su xəttində qəza baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.
Qəza nəticədə şəhərin bir sıra məhəllələrinə suyun verilişi dayandırılıb.
Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.
Hazırda təmir işləri davam etdirilir və bir neçə saata qeyd olunan ərazilərə suyun verilişi tam bərpa ediləcək.