Nazir: "Bəzi bağçalarda qidaların saxlanmasında və infrastrukturda ciddi problemlər müşahidə edilir"

Nazir: "Bəzi bağçalarda qidaların saxlanmasında və infrastrukturda ciddi problemlər müşahidə edilir"
# 31 may 2022 12:57 (UTC +04:00)

Qida rasionu ilə bağlı bağçalarda ilkin müşahidələr, monitorinqlər davam edir.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevn jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, qidalanma ilə bağlı sənədlər 1994-cü ildə təsdiq olunub və üzərindən kifayət qədər vaxt keçib:

“Hazırda bizim mütəxəssislər bu istiqamətdə iş görürlər. Təhsil Nazirliyi tərəfindən bir neçə il bundan əvvəl internat tipli məktəblərdə qidalanma normaları dəyişdirilib. Bağçalarda model bir az fərqlidir, amma yenə də oxşar modelə keçməyi və yaxud hər hansı formada qidalanmanın daha da uyğun formatda olmasını düşünürük. Çünki həmin qida normalarının bəziləri məntiqli görünmür. İstənilən halda bu istiqamətdə, o cümlədən apardığımız monitorinqlərdə bəzi bağçalarda – bu, yüzlərlədir – qidanın saxlanması, hazırlanması ilə bağlı və infrastrukturda ciddi problemlər müşahidə edilir. Bu istiqamətdə işlərimiz davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR