Nazir: Gələn həftələrdən bağçalar isti qida ilə təmin olunacaq

Nazir: Gələn həftələrdən bağçalar isti qida ilə təmin olunacaq
# 25 noyabr 2022 16:00 (UTC +04:00)

Hazırda məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması 1994-cü ilin normativi ilə tənzimlənir.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hazırda bu normativ dəyişdirilməsi üzərində iş görülür:

“Bu normativ kifayət qədər köhnədir və müəyyən mənada vaxtı keçmiş sənəddir. İndiki normativdə ayrı-ayrı qida növləri və qarşısında qramı yazılıb. Məsələn, bir uşaq gün ərzində neçə qram süd içməlidir, meyvə və tərəvəz, ağ çörək, qara çörək və s. yeməlidir. O siyahıya baxsaq görəcəksiz ki, orada olan qidaların bəziləri bu gün ümumiyyətlə bazarda yoxdur. Məsələn, ikinci növ buğda unu yoxdur. Bizim yanaşmamız isə budur ki, bu, qida növləri ilə yox, kalori ilə tənzimlənməlidir. Hazırda mütəxəssislərin də cəlb olunması ilə bu standartların ilkin versiyası hazırlanıb. Növbəti həftələrdən 50-yə qədər bağça – yavaş-yavaş o say 100-ə qaldırılacaq – isti yeməklə təmin olunacaq. Bu halda şəffaflıq da artacaq. Çünki indiki halda monitorinqdə bir-bir gedib hər uşağa neçə qram kartof düşdüyünü ölçə bilmərik, bu, qeyri-mümkündür. Ona görə də orada kifayət qədər suallar və problemlər yarana bilir. Amma isti qidanı ölçmək asandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR