Nazirlik: Gələcəkdə sertifikasiyada qiymətləndirmə meyarları dəyişə bilər

Nazirlik: Gələcəkdə sertifikasiyada qiymətləndirmə meyarları dəyişə bilər
# 08 sentyabr 2022 17:06 (UTC +04:00)

Gələcəkdə müəllimlərin sertifikasiyası zamanı şagird nailiyyətləri, pedaqoji təcrübə və digər amillər nəzərə alına bilər.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, bunu istisna etmir, lakin hazırda mövcud qaydalarda sözügedən amillər nəzərdə tutulmur: "Sertifikasiyanın hazırkı mərhələləri test və müsahibədən ibarətdir. Müəllimlər də bu mərhələlərdəki göstəriciləri nəzərə alınaraq qiymətləndirilir. Lakin beynəlxalq təcrübədə təhsilverənlərin fərqli qiymətləndirmə meyarları var. Qaydalar sabit deyil. Dəyişə bilər. Təbii ki, gələcəkdə belə təkliflər olsa, dəyərləndirilə bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR