Niyazi Bayramovun vətəndaşlarla səyyar görüşləri davam edir

Niyazi Bayramovun vətəndaşlarla səyyar görüşləri davam edir
# 11 yanvar 2023 19:33 (UTC +04:00)

Yanvarın 11-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yenidən vətəndaşlarla görüşüb, onları narahat edən məsələləri dinləyib.

APA-nın yerli bürosu xəbər verir ki, görüşdə millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə İdman Liseyində təşkil olunan səyyar görüşdə əvvəlcə liseyin şəhid məzunlarının xatirəsinə yaradılan guşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Daha sonra sakinlər tək-tək çıxış edib, öz şikayət və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında mənzil növbəliyi, işlə təminat, reabilitasiya vasitələri ilə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.

Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR