Novxanı və Sarayın su-kanalizasiya sistemlərinin qurulmasına 9,4 milyon manat xərclənəcək

Novxanı və Sarayın su-kanalizasiya sistemlərinin qurulmasına 9,4 milyon manat xərclənəcək
# 06 iyul 2022 09:53 (UTC +04:00)

Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 9,4 milyon manat vəsait xərclənəcək.

"APA-Economics" dövlət vahid elektron satınalmaları portalına istinadən xəbər verir ki, "Azərsu" ASC bununla bağlı keçirdiyi tenderə yekun vurub. Tenderin qalib "Archico" MMC seçilib.

Şirkətlə 2025-ci ilin sonuna qədər olan dövrü əhatə edən müqavilə üzrə 9 milyon 377 min manatlıq müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR