Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ–Xankəndi ultramarafonu zamanı təhlükəsizlik tədbirləri həyata keçirib.
APA nazirliyə istinadən xəbər verir ki, oktyabrın 7–11-də Qəbələ–Xankəndi istiqamətində 192 kilometr məsafəni əhatə edən ultramarafon keçirilib.
Tədbir müddətində iştirakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə marşrut boyunca FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin şəxsi heyəti və texnikası cəlb olunub.
Bildirilib ki, ultramarafon müddətində hər hansı fövqəladə hadisə qeydə alınmayıb.