Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qanunsuz ov edən şəxs cəzalandırılıb
# 25 iyul 2022 13:51 (UTC +04:00)

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva APA-ya bildirib ki, Varvara Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı təsərrüfatın ərazisində qanunsuz balıq ovu edən şəxs saxlanılıb.

Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Nizami Yusubov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR