"Qırmızı kitab"ın III nəşri ilə bağlı elmi tədqiqatlar başa çatıb

"Qırmızı kitab"ın III nəşri ilə bağlı elmi tədqiqatlar başa çatıb
# 31 yanvar 2023 17:48 (UTC +04:00)

“Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı elmi tədqiqatlar, xarakterik şəkil və yayılma xəritələri ilə birgə oçerklərin yazılması başa çatdırılıb.

APA xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova hesabat tədbirində deyib.

O bildirib ki, son redaktə və tərtibatla bağlı yaradıcı kollektivin üzərinə düşən işlər yekunlaşdırılıb.

O deyib ki, eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunun və ətraf ekosistemlərin tədqiqi, dənizin bioloji resurslarının öyrənilməsi üzrə fəaliyyətlər intensivləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR