Rusiyada qalan 650-dək Azərbaycan vətəndaşı quru yolla ölkəyə gətirilib

“Samur" dövlət sərhəd-keçid buraxılış məntəqəsi

© APA | “Samur" dövlət sərhəd-keçid buraxılış məntəqəsi

# 03 fevral 2022 12:10 (UTC +04:00)

COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımızın növbəti dəfə quru yolla gətirilməsi təmin olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qonşu ölkədə qalan və müvafiq prosedura uyğun olaraq qeydiyyata alınan 650-dək vətəndaşın “Samur" dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına keçidi baş tutub.

Proses 5 gün davam edib.

Ölkəyə daxil olan vətəndaşlardan koronovirus testi götürülüb və bir günlük Qubada karantində saxlanılıblar. Testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılıb.

Qeyd edək ki, COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq ötən il 29 yanvar - 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR