Səhiyyə komitəsi icbari tibbi sığortanın tətbiqinə dair dinləmə təşkil edəcək

Səhiyyə komitəsi icbari tibbi sığortanın tətbiqinə dair dinləmə təşkil edəcək
# 20 sentyabr 2022 15:13 (UTC +04:00)

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planı açıqlanıb.

APA xəbər verir ki, bu, komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Komitənin 2022-ci il payız sessiyası üçün iş planına aşağıdakı qanun layihəsinin hazırlanması və bir sıra dinləmələrin keçirilməsi daxildir:

- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması;

- Koronavirusla bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlərə dair dinləmənin keçirilməsi;

- İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə dair dinləmə;

- Tibbi tullantıların idarə edilməsi ilə bağlı dinləmə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR