Bank Of Baku

Serbiyalı nümayəndə heyəti Şuşaya səfər edib

Serbiyalı nümayəndə heyəti Şuşaya səfər edib
# 17 mart 2023 11:06 (UTC +04:00)

Serbiyanın Azərbaycan Respublikasındakı səfiri Dragan Vladislavjeviç və Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç, həmçinin digər vəzivəli şəxslərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərindəki Xüsusi Nümayəndəliyinin dəvəti ilə Şuşa şəhərinə səfərə gəlib.

APA-nın xəbərinə görə, qonaqları Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb.

Tədbirdə Serbiya Mədəniyyət Mərkəzinin direktoru Cenan Palamar, həmçinin bu ölkənin İnnovasiya Mərkəzinin direktoru Şamsuddin Ployoviç və Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasıyev də iştirak edir.

Qonaqlara Şuşa şəhərinin tarixi, onun Azərbaycan mədəniyyətindəki əhəmiyyəti barədə danışılıb və Şuşa haqda film izlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR