Ukrayna Yunanıstandan "Patriot" zenit-raket komplekslərinin bir hissəsinin və 200-ə qədər PAC-2 raketinin Kiyevə verilməsini tələb edir.
Bu barədə Kathimerini qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Afina NATO və Avropa İttifaqı tərəfdaşlarının yeni təzyiqi ilə üzləşib. Bildirilir ki, tərəfdaşlar Yunanıstanın arsenalında olan 6 Patriot batareyasının bir hissəsinin və xeyli sayda raketin Ukraynaya göndərilməsini istəyirlər.
Məlumata görə, bəzi Brüssel rəsmiləri hətta Yunanıstanın "Patriot" sistemlərinin yarısını Kiyevə verməsini təklif edir. Hazırda Afina bu tələblərə müsbət cavab verməyib.