Sumqayıtdan Türkiyəyə növbəti yardım göndərilir - FOTO

Sumqayıtdan Türkiyəyə növbəti yardım göndərilir - FOTO
# 13 fevral 2023 13:22 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıtda humanitar yardım kampaniyası davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhəri də kampaniyada fəal iştirak edir. Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Sumqayıtlılar tərəfindən könüllü şəkildə gətirilən yataq dəstləri, isti geyimlər, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.

Sumqayıt şəhəri tərəfindən insanların müvəqqəti yaşaması üçün 22 konteyner evlərin zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulur.

Bu gün həmin konteyner evlərdən ilkin olaraq 4 ədədi, 230 min AZN dəyərində olan, 16 tona yaxın, humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınacaq.

Kampaniya hazırda davam edir.

Qeyd edək ki, qarşıdakı günlərdə Sumqayıt şəhərindən 500 min manatlıq, ümumi çəkisi 75 ton olan humanitar yardım 11 TIR-la qardaş ölkəyə yola salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR