Türkiyə İsveç və Finlandiyanın öhdəlikləri yerinə yetirib-yetirmədiyini izləyir

Türkiyə İsveç və Finlandiyanın öhdəlikləri yerinə yetirib-yetirmədiyini izləyir
# 01 oktyabr 2022 16:44 (UTC +04:00)

Türkiyə İsveç və Finlandiyanın Madird zirvəsində imzalanan üçtərəfli memoranduma əsasən üzərlərinə götürdükləri öhdəlikləri həyata keçirib-keçirməməsini yaxından izləyir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib.

Ərdoğan iki ölkənin NATO-ya daxil olmasına dair son qərarı ölkəsi adından Türkiyə Böyük Millət Məclisinin verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR