Türkiyənin aparıcı universitetlərinin professorları UNEC-də təlim keçəcək

Türkiyənin aparıcı universitetlərinin professorları UNEC-də təlim keçəcək
# 28 mart 2023 16:41 (UTC +04:00)

3-8 aprel tarixlərində Türkiyənin aparıcı universitetlərinin professor-müəllim heyəti tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində təlimlərə start veriləcək.

Universitetdən APA-ya verilən xəbərə görə, Hacettepe, İstanbul, Ankara, Yıldız Texniki, Qazi, Artvin Çoruh, Ostim Texnik universitetlərindən olan professorlar yaz semestrində tədris olunacaq 10 yeni fənn üzrə UNEC müəllimlərinə təlim keçəcəklər. Təlimlərlə yanaşı, həmin fənlərin mühazirə dərsləri də türkiyəli alimlər tərəfindən tədris olunacaq.

Təlimlər “Mühəndislik materiallarının mexaniki xassələri”, “Zaman sıralarının təhlili”, “Güc elektronika və elektrik intiqalı”, “Polimer mühəndisliyi”, “Materialların təkrar emalı”, “Sosial işin qiymətləndirilməsi”, “Ekoloji biotexnologiya”, “Sosial işdə tədqiqat metodları”, “Müəssisə üçün mobil əlavələrin işlənilməsi”, “Müştəri əlaqələrinin idarə edilməsi” fənləri üzrə aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR