Bank Of Baku

Türkiyənin Dilucu gömrük məntəqəsində sıxlıq yaranıb - FOTO

Türkiyənin Dilucu gömrük məntəqəsində sıxlıq yaranıb - FOTO
# 08 iyul 2023 14:34 (UTC +04:00)

Türkiyənin Dilucu gömrük məntəqəsi gözlənilmədən yerli sakinlər tərəfindən axına məruz qalıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, buna səbəb isə Türkiyədə xaricdən alınan mobil telefonların İMEİ qeydiyyat qiymətinin bahalaşmasıdır. Belə ki, qərara əsasən, Türkiyədə bu rəqəm 6071 TL-dən 20 min TL-yə yüksəlib və qərar iyulun 10-dan qüvvəyə minəcək. Məhz qiymət artımına görə insanlar Dilucu gömrük məntəqəsindən Sədərək Gömrük Postuna keçərək ölkəyə giriş-çıxış ediblər. Onlar xaricdən aldıqları telefonları qeydiyyata salmaq üçün bu addımı atıblar və gömrükdə bəyan ediblər. Əks təqdirdə, telefonlar yeni tarifə uyğun daha yüksək qiymətə qeydiyyatdan keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR