Türkiyəyə yollanan FHN-in xilasediciləri Kahramanmaraşa yola salınıb

Türkiyəyə yollanan FHN-in xilasediciləri Kahramanmaraşa yola salınıb
# 06 fevral 2023 18:22 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin baş verdiyi Kahramanmaraşa yollanıb.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər xüsusi avtobuslarla Adanadakı Şakir Paşa Hava Limanından Kahramanmaraşa yola salınıb.

Azərbaycan FHN-in çevik xilasetmə qüvvələrinin ikinci qrupunun da yaxın saatlarda Adana Şakirpaşa Hava Limanına gələcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR