Üç mindən çox tələbə kredit almaq üçün müraciət edib

Üç mindən çox tələbə kredit almaq üçün müraciət edib
# 09 sentyabr 2022 12:13 (UTC +04:00)

Bəzi ali təhsil müəssisələrinin bu il qəbul olan şəxslərdən illik təhsil haqqını birdəfəlik tələb etməsinə dair müəyyən problemlər var.

APA xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, özəl təhsil müəssisələri öz maliyyəsinin idarə olunmasında müstəqil olan təşkilatlardır. Bu səbəbdən hansısa təzyiq mexanizmi tətbiq etmək olmaz:

“Bu müəssisələrin özlərinin xərcləri var və onların qarşılanması üçün də təhsil haqlarının toplanmasında müxtəlif mexanizmlərdən istifadə edə bilərlər. Lakin bu istiqamətdə onlarla iş qururuq. Xahiş edirik ki, birinci kursa qəbul olanlara tələbə kreditlərini almaları üçün imkan yaratsınlar. Yanaşma əsasən qarşılıqlı əməkdaşlıq çərçivəsində olmalıdır. Belə olan halda da biz dərhal həmin tələbənin təhsil haqqını köçürməyə çalışırıq. Amma biz qaydaları dəyişib birinci kurslara təhsil haqqını birdəfəlik verə bilmərik”.

Araz Paşayev onu da qeyd edib ki, bu günə qədər ali təhsil müəssisəsinə qəbul olmuş 3200 nəfər artıq kredit almaq üçün müraciət var: “Onların qəbul olduqları müvafiq ali təhsil müəssisələrindən təsdiqini gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR