Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı açıqlanıb
# 07 yanvar 2022 14:07 (UTC +04:00)

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir".

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2022-ci il ərzində həyata keçiriləcək I sənəd qəbulu fevral - aprel, II sənəd qəbulu iyul - sentyabr aylarında olacaq.

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR