Xəzərdə suitilərin sayı azalıb 

Xəzərdə suitilərin sayı azalıb 
# 20 may 2022 16:40 (UTC +04:00)

“Xəzər ekosistemində suitilər əsasən kilkələrlə qidalanır”.

APA xəbər verir ki, bunu Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov deyib.

O bildirib ki, 20 il öncə Xəzər dənizində suitilərin sayı 380 min baş qeyd olunur:

“Son 5-10 il ərzində Böyük Britaniyanın tədqiqatlarına görə bu say 111 min başdır. Biz bu azalmanı Xəzərin Azərbaycan sektorunda görürük. Rusiya tədqiqatçıları isə suitinin çoxalmasını müşahidə etdiklərini bildirirlər. Bu da əsasən kilkə balıqlarının çoxalması ilə bağlıdır. Suitilər qış aylarında Şimali Xəzərə miqrasiya edərək buz üzərində çoxalırlar. Buzların azalması da onların çoxalmasına mənfi təsir göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR