Yanvar ayının pensiyalarının veriləcəyi tarix açıqlanıb

Yanvar ayının pensiyalarının veriləcəyi tarix açıqlanıb
# 16 yanvar 2023 10:32 (UTC +04:00)

Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə nəzərdə tutulub.

Bu barəd APA-ya Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR