“Azərsun Holdinq”in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

“Azərsun Holdinq”in kollektivi Şəhidlər xiyabanını ziyarət edib
# 21 yanvar 2020 11:43 (UTC +04:00)

“Azərsun Holdinq”in kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

“Azərsun Holdinq”dən APA-ya verilən məlumata görə, “Azərsun Holdinq”in rəhbər heyəti və kollektivin üzvləri ölkəmizin müstəqilliyi və bütövlüyü üçün şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçəklər düzüblər, şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əklil qoyulub, onların ruhuna dualar oxunub.

Daha sonra şirkətlər qrupunun rəhbərliyi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə çiçəklər düzüb.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın təlimatına əsasən Şirkətlər Qrupu tərəfindən silsilə tədbirlər həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR