Bank Of Baku

20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirmək məqsədilə Şəmkir sakini əlində Azərbaycan bayrağı piyada Bakıya yola düşüb

20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirmək məqsədilə Şəmkir sakini əlində Azərbaycan bayrağı piyada Bakıya yola düşüb
# 14 yanvar 2020 22:44 (UTC +04:00)

 

Şəmkir rayon sakini 35 yaşlı Səyyar Musayev əlində Azərbaycan bayrağı Bakıya qədər olan 410 km-lik məsafəni piyada qət etməyi planlaşdırıb.

S.Musayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, səfərdə məqsəd 

20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsidir.

Onun sözlərinə görə, 8 gün piyada getməklə 20 yanvar hadisələrinin 30-cu ildönümü günü Bakıya - Şəhidlər Xiyabana çatacaq. 

Qeyd edək ki, o, artıq yolun bir hissəsini arxada qoyaraq Goranboy rayonuna çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR